23 fevral 2026-cı il tarixində Pedaqoji, Fizika və Texniki fənlər fakültəsinin Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının birgə hazırladıqları Xocalı qurbanlarının xatirəsinə anım tədbiri keçirilmişdir.
Tədbirdə Humanitar məsələlər üzrə prarektor Gülsüm Fətəliyeva, Fizika və texniki fənlər fakültəsinin dekanı Muğam Quliyev, Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini İlqar Haqverdiyev, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova tədbirdə çıxış etmişdirlər.
Tədbirin gündəliyinə uyğun olaraq Fizika müəllimliyi ixtisasının II kurs tələbəsi “Bir gecənin qətliamı” mövzusunda, Məktəbəqədər təhsil ixtisasının I kurs tələbəsi “Xocalı faciəsinə sosial psixoloji baxış” mövzusunda, İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Fakültə FEC-in sədri Silduz Hüseynova “Xocalıdan zəfərə doğru: Tarixi yaddaşın Qələbəyə çevrilməsi” mövzusunda çıxışlar etmişdirlər
tədbirin sonunda “Tarixin qanlı gecəsi” adlı səhnəcik nümayiş etdirilib.







