“Musiqi fənləri” kafedrasında davamlı olaraq keçirilən təlimlərdə kafedranın akademik heyəti, “Musiqi müəllimliyi” ixtisası bakalavriat və magistratura təhsil pillələri üzrə tələbələr fəal iştirak edirlər.
“Musiqi fənlərinin tədrisində kompüter proqramlarının tətbiqi” mövzusunda keçirilən təlimdə kafedranın müəllimi Ülviyyə Quliyevanın Finale, Sibelius, MuseScore kompüter proqramları haqqında etdiyi təqdimat iştirakçılar tərəfindən maraqla qarşılandı.
Təlimçi MuseScore proqramında notların yazılış qaydalarını ətraflı izah etdi. Mövzuya uyğun praktik tapşırıqlar ardıcıl olaraq müvafiq slaydlar əsasında təqdim olundu, iştirakçıların sualları ətraflı cavablandırıldı.
Təlimin sonunda kafedra müdiri, professor Sevda Qurbanəliyeva, müəllim Səma Məhərrəmova, magistr Sona Həsənova və başqaları çıxış edərək təlimçi Ülviyyə Quliyevaya minnətdarlıqlarını bildirərək, musiqinin tədrisində kompüter proqramlarından istifadə üçün təlimdə şərh olunan məsələlərin olduqca faydalı olduğunu qeyd etdilər.


