Göygöl rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə “Müasir dərs – şagird, müəllim və gələcək arasında pedaqoji körpüdür” mövzusunda elmi-metodiki konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd müəllimlərin metodiki və peşəkar inkişafına dəstək vermək, müasir tədris metodlarının tətbiqi, pedaqoji bacarıqların artırılması və tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdən ibarətdir.
Tədbirdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, Gəncə Dövlət Universitetinin “Təhsilin pedaqogikası və metodikası” kafedrasinin müdiri dos. A.İ.Quliyev,”Azərbaycan və dünya ədəbiyyatı” kafedrasinin mudiri dos. S.Namazova və “Ümumi Riyaziyyat” kafedralarının əməkdaşları, eləcə də Göygöl rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri və müxtəlif fənn müəllimləri iştirak ediblər.





