Türkiyənin EPSO- “Eğitim Psikoloji Sosyal Araştırmalar Öğren Kongresi” online platforması tərəfindən təhsilalanların konfransı

12-13 dekabr 2025-ci ildə Türkiyənin EPSO- “Eğitim Psikoloji Sosyal Araştırmalar Öğren Kongresi” online platforması tərəfindən təhsilin Magistratura, Doktorantura səviyyəsi üzrə təhsilalanların konfransı təşkil olunmuşdur. Konfrans təhsilalanların gələcək akademik karyeralarında irəliləmək üçün öz elmi yazılarını yazmaq və bir çox ölkənin qatıldığı beynəlxalq konfransda iştirak edərək elmi araşdırmalarını təqdim etmə şansını verir. Bu konfransda elmi, akademik rəhbər Gəncə Dövlət Universitetinin dosenti Günay Kazımova olmaqla “Məktəbəqədər yaş dövrünün inkişafı və təhsili” ixtisası üzrə magistratura səviyyəsinin I kurs tələbəsi Mehriban Səlimova “İnklüziv təhsil” adlı mövzu üzrə təqdimat etmiş və sertifikatla təltif edilmişdir.