“Startapların və sahibkarların kreditlərə, investisiyalara, qrantlara, biznesə dəstək (venture) kapitalına və s. çıxış imkanları haqqında təlimlərin təşkili” mövzusunda təlim

“Musiqi fənləri” kafedrasında “Startapların və sahibkarların kreditlərə, investisiyalara, qrantlara, biznesə dəstək (venture) kapitalına və s. çıxış imkanları haqqında təlimlərin təşkili” mövzusunda təlim uğurla keçirildi

          Təlimçi “Musiqi fənləri” kafedrasının baş müəllimi Səidə Həsənova mövzu ilə bağlı maraqlı məlumatları iştirakçılara çatdırdı. O, qeyd etdi ki, Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən startap layihələrinin həyata keçirilməsinə böyük dəstək göstərilir.

Unversitetdə təşkil olunan “Yeni bir fikrim var 2” müsabiqəsinin 09.12.2025-ci il tarixində keçirilən final mərhələsində “Musiqi fənləri” kafedrasının beş nəfər müəllimi (Həsənova S., Nəbiyeva L., Quliyeva Ü., Rüstəmova S., Tağıyeva G.) tərəfindən təqdim olunan “Balaca  Səslər Böyük Qəlblər” layihəsinin birinci yerə layiq görülməsi kafedranın kollektivi tərəfindən böyük sevinclə qarşılanmışdır.

Kafedranın əməkdaşları və “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültənin tələbələri layihənin həyata keçirilməsində tərəfdaş kimi həvəslə iştirak edəcəyini bildirmişlər.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılmışdır.