24 dekabr 2025-ci il tarixində Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbələri və tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Gəncə şəhəri 45 nömrəli xüsusi məktəbdə təhsil alan əqli qüsurlu uşaqlarla görüş keçirmişlər.
Tələbələr uşaqlara bayram sovqatları, rəsm çəkmək üçün ləvazimatlar, eləcə də özlərinin hazırladıqları əl işlərindən ibarət hədiyyələr təqdim etmişlər. Görüş zamanı tələbələr xüsusi qayğıya ehtiyacı olan uşaqlarla davranış üsullarını yaxşı mənimsədiklərini nümayiş etdirmiş, onlarla müxtəlif oyunlar oynamış və xoş əhval-ruhiyyə yaratmışlar. Bu ünsiyyət uşaqların sevincinə səbəb olmuşdur.
Yaradılan şəraitə görə universitet rəhbərliyinə və məktəbin direktoruna təşəkkürümüzü bildiririk.







