ELAN

18.04.2018-ci il tarixində saat 12:00-da GDU-nun II tədris korpusunun akt zalında Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının III kurs tələbələri Ülkər Məmmədova və Dilarə  Sultanıvanın “İki bədəndə yaşayan bir ruh…” mövzusunda seminar-treninqləri keçiriləcək. Elmi rəhbər: baş müəllim Pərvanə Məmmədova. Giriş azaddır.

TƏBRİK EDİRİK!

7-8 aprel 2018-ci il tarixdə Xəzər Universitetində V Beynəlxalq Psixologiya konfransı keçirilmişdir. Konfransda Gəncə Dövlət Universiteti Psixologiya kafedrasının baş müəllimi Alvina Davud qızı Babayeva iştrak etmiş və yekunda sertifikatla təltif edilmişdir. Həmçinin konfransda TED Universiteti (Türkiyə), Hacettepe Universiteti (Türkiyə), George Mason Universiteti (ABŞ), İstanbul  Cerrahpaşa Tibb Universiteti (Türkiyə), Wisconsin Universitetinin (ABŞ) professor və dosentləri iştrak

Daha ətraflı

PEDAQOJİ FAKÜLTƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN “CƏSARƏTİN PSİXOLOGİYASI” MÖVZUSUNDA ELMİ SEMİNARI KEÇİRİLDİ

04.04.2018-ci il tarixdə Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin Təhsildə Sosial Psixoloji Xidmət III kurs tələbəsi Əhmədova Diananın “Cəsarətin psixologiyası” mövzusunda Elmi seminarı kecirildi. Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev Elmi  seminarı açıq elan edərək, bildirdi ki, son 7 ildə Tələbə Elmi Cəmiyyətinin işində müsbət dəyişikliklər, 5 ildə isə  Elmi seminarların ən-ənə halını alması tələbələrin  bu

Daha ətraflı

TSPX VƏ PSİXOLOGİYA İXTİSASLARININ TƏLƏBƏLƏRİ ŞƏHƏR 2 SAYLI UŞAQ BAĞÇASINDA

3.04.2018-ci il tarixdə GDU-nun Pedaqoji fakültəsinin TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri şəhər  2 saylı uşaq bağçasında pedaqoji təcrübə keçmişlər. Keçirilən təcrübədə  Psixologiya kafedrasının  müdiri dos. Z.Cavadova, kafedranın bir qrup əməkdaşları və tələbələr fəal iştirak etmişlər. Məqsəd məktəbəqədər  yaşlı  uşaqların idrak proseslərinin inkişafı və fərdi xüsusiyyətlərinin öyrənilməsindən ibarət olmuşdur. Təcrübənin keçirilməsinə şərait yaradan və yaxından

Daha ətraflı

ELMİ ŞURA

03.04.2018-ci il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Fakültədə Pedaqogika fənlərinin tədrisi vəziyyəti (Tədris metod. şura). Fakültədə tərbiyə işlərinin təşkili vəziyyəti (Tərbiyə işləri üzrə dekan müavini). Seçmə fənlərin mövzu və saatlarının təsdiqi (Tədrisin təşkili və təlim texnologiyaları üzrə dekan müavini İ.Haqverdiyev). Müsabiqə üzrə müəllim seçkisi (Elmi katib).

AÇIQ DƏRS – B/M GÜLTƏKİN SABİR QIZI MƏHƏRRƏMOVA

28.03.2018-ci il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Sabir qızı Məhərrəmovanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “Romans və mahnı üzərində iş” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri prof. S.Qurbanəliyeva, b/m N.Seyfullayeva, b/m N.Haqverdiyeva, b/m Q.Məmmədova, b/m L.Rəfibəyli, müəl.S.Abbasova, müəl. L.Nəbiyeva iştirak etmişlər.

FAKÜLTƏDƏ NOVRUZ ŞƏNLİYİ TƏŞKİL OLUNDU

Tələbə Gənclər təşkilatının dəstəyi ilə Pedaqoji fakültədə 16.03.2018-ci il tarixində Novruz şənliyi təşkil olunundu. Tədbiri açıq elan etmək uçün  söz Fakültə dekanı Apoyev Bayram  müəllime verildi. Çıxış üçün söz Humanitar  məsələlər üzrə prorektor Fətəliyeva Gülsüm müəlliməyə verildi… Şənlikdə Hakışda deyən I kurs tələbələri səhnəyə dəvət olundu.. Sonra səhnəyə  kosa və keçəl dəvət olundu… Üzüm rəksinin

Daha ətraflı

TƏBRİK EDİRİK!

FB_IMG_1521628461648 FB_IMG_1521628468757

Gəncə Dövlət Universitetində Bahar bayramı böyük həvəslə qarşılanır. Ali təhsil müəssisəsinin bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində ikiqat sevinc yaşayıb.

Universitetin rektororunun, professor Yusif  Yusibovun müvafiq əmri ilə 60 nəfər əməkdaş əməkdə fərqləndiyinə görə “Fəxri Fərman” və “Təşəkkür”lə təltif edilib. Onların arasında Pedaqoji fakültənin əməkdaşları Babayeva Nübubət İsax qızı, Ələkbərova Zülfiyyə Bəxtiyar qızı “Fəxri Fərman” və  Mirzəyeva Aygün Akif qızı “Təşəkkür”lə təltif ediliblər.

Professor Yusif Yusibov tədbirdə bildirib ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bahar bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Universitetin bütün əməkdaşlarına bayram təbriklərini çatdıran rektor hər kəsə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, şərəfli elmi və əmək fəaliyyətində yeni uğurlar arzulayıb.

Daha ətraflı

PEDAQOJI FAKÜLTƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN NÖVBƏTİ UĞURU “AĞ ÖLÜMÜN QARA FƏSADI”

Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Psixologiya kafedrasının baş müəllimi Cabbarova Telli Rəhim qızının təşəbbüsü və rəhbərliyi ilə  16.03.2018-ci il tarixində  Təhsildə Sosial Psixoloji xidmət (TSPX) III kurs tələbəsi  Sultanova Dilarə Nemət  qızının “Ağ ölümün qara fəsadı” adlı elmi seminarı Pedaqoji fakültənin oxu zalında keçirildi.  Elmi seminarda Pedaqoji fakültənin  dekanı dosent Bayram Apoyev, Tələbə Elmi

Daha ətraflı

AÇIQ DƏRS – B/M MEHRİBAN ŞÖVKƏT QIZI HACIYEVA

13.03.2018-ci il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Mehriban Şövkət qızı Hacıyevanın “Əsas musiqi aləti və onun tədrisi metodikası” fənnindən “İri həcmli əsər üzərində iş” mövzusunda  açıq dərs keçirildi. Açıq dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos. C.İbrahimov və kafedranın bir qrup müəllimi b/m N.Seyfullayeva, b/m N.Haqverdiyeva, b/m S.Həsənova, b/m Q.Məmmədova, b/m G.Məhərrəmova, müəl. M.Qarayev iştirak edirdi.