Yusifova Aynur Aydın qızı – 13.01.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, 1996-ci ildə 29 sayli K.D.Uşinski adına orta məktəbi fərqlənmə attestatı ilə bitirmiş. 1996 ci ildə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunmuş. 2000 ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib, həmin ili “Pedaqogika” ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur. 2002 ci ildə magistraturanı qırmızı diplomla bitirib elə həmin ili GDU nin “Pedaqogika” kafedrasına stajcı- müəllim ixtisasına qəbul edilmişdir. 2003 ci ildə müəllim, 2008 ci ildən isə baş müəllim vəzifəsinə seçilmişdir. Hal-hazırda “Təhsilin pedaqogikası və metodikası “ kafedrasının baş müəllimi vəzifəsində çalışır. İşlədiyi müddətdə bir sıra elmi məqalələrin, fənn proqramlarının müəllifidir. YAP-ın üzvüdur. Ailəlidir, iki övladı var.