
Gəncə Dövlət Universitetin Ümumi pedaqogika kafedrasinın baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru, Dosent
Telefon: Tel: +994556873136
E-mail: mmmdovagunel969@gmail.com
Qisa bioqrafik məlumat:
- Məmmədova Günel Ramiz qızı 11 iyun 1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. YAP-ın üzvüdür. Üç övladı var.
Təhsili, Elmi dərəcəsi və adları
- 2002-ci ildə Gəncə Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını fərqlənmə diplomu ilə bakalavr səviyyəsini bitirib.
- 2004 – cü ildə Gəncə Dövlət Universitetinin Magistratura şöbəsinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasını fərqlənmə diplomu ilə bitirib
- 2012-ci ildə “Şagirdlərin Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması” mövzusunda dissertasiyasını müdafiə edərək, Pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
- 2017-ci ildə dosent elmi adını alıb.
Əmək fəaliyyəti:
- 2006-cı ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin “Ümumi Pedaqogika” kafedrasının dosentidir.
DİL BİLGİSİ: Azərbaycan, Rus
Tədqiqat sahəsi: Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
Elmi əsərləri:
3 qrifli nəşr olunmuş fənn proqramının, 1 metodik vəsait, 1 dərs vəsaiti, 30-a qədər elmi məqalənin müəllifidir. Onlardan bir neçəsini qeyd edək:
- Azərbaycanda milli vətənpərvərlik probleminin formalaşması (XIX əsrin sonu, XX əsrin əvəlləri). Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı, Mütərcim, 2015, №4. www. mutercim.az
- Müqayisəli Pedaqogika. Magistratura üçün dərs vəsaiti. Bakı, Mütərcim, 2016, 280 s. www. mutercim.az
- Müasir Təhsil Sistemində məktəblərin humanizm tərbiyəsinin imkan və yolları. GDU-nun “Elmi Xəbərlər”i Fundamental, Humanitar və təbiət elmıəri seriyası, Gəncə, 2018/1, səh.411
- Sosial pedaqoqun şagirdlərlə apardığı tərbiyəvi işin formaları. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Ali məktəblərarası elmi məqalələr məcmuəsi, Bakı, 2019 www. mutercim.az
- Sosial pedaqoqun şagirdlərlə apardığı tərbiyəvi işin formaları. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Ali məktəblərarası elmi məqalələr məcmuəsi, Bakı, 2019 www. mutercim.az
- “Kitabi-Dədə Qorqud” dastanlarında qəhrəmanlıq, düşmənə nifrət, dosta sədaqətvə rəğbət tərbiyəsi. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Ali məktəblərarası elmi məqalələr məcmuəsi, Bakı, 2022. №4. www. mutercim.az
Fənn proqramları:
1. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Mütərcim 2016.
3. Ümumi Pedaqogika. Bakı, Mütərcim, 2016.
4. Müqayisəli Pedaqogika. Bakı, Mütərcim, 2016.
Beynalxalq və respublika konfranslarında iştirakı: Fəaliyyəti dövründə aşağıdakı beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzu-lu məruzələrlə çıxış etmişdir:
- Şagirdlərin yaradıcı təfəkkürünün inkişafında bioloji biliklərin rolu. “ Müəllim hazırlığı strateji hədəflərdən biri kimi” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 18 may, 2018
- Əlilliyi olan uşaqların cəmiyyətdə adaptasiya olunmasında ailənin rolu. “Elm və Təhsil: dünən, bu gün, sabah” adlı elmi konfrans, 23 yanvar, 2021, İsveç/Stokholm. Səh.219
- Didaktik oyunların təşkili zamanı etnopedaqoji nümunələrdən istifadə imkanları. “Dünay Elmi: problemlər və İnnovasiyalar” adlı Beynəlxalq konfrans, 26 iyul, 2021, ABŞ/Miçiqan, səh.157