Pirverdiyeva Göyçək İspəndiyar qızı 

Goycek Pirverdiyeva

Pirverdiyeva Göyçək İspəndiyar qızı Ümumi pedaqogika kafedrasının baş müəllimi 1976-cı ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur.   1983-cü ildə 29 saylı orta məktəbin birinci sinfinə daxil olmuş,1993 –cü ildə həmin məktəbi bitirmişdir.

1993-cü ildə Gəncə Dövlət Universitetinin Pedaqogika və psixologiya fakultəsinə daxil olmuş, 1997-ci ildə bu fakultəni

fərqlənmə diploma ilə bitirərək magistraturaya qəbul olmuşdur.1999-cu ildə magistraturanı da fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin sentyabr ayından etibarən Umumi pedaqogika kafedrasında stajor müəllim, 2000-ci ildə müəllim və 2006-cı ildən isə baş müəllim vəzifəsində çalışır.

Respublikanın müxtəlif jurnallarında müntəzəm olaraq məqalələrlə çıxış edir.

13 məqalə, 1 tezis və 6 fənn proqramının müəllifidir.

“Uşaqlarda təbiətə məhəbbət tərbiyəsi”(2001),”Ekoloji tərbiyə haqqında qeydlər”(2001)”Oyun- məktəbəqədər yaşlı uşaqların həyatında mühüm tərbiyə vasitəsi kimi”,(2002),”Məktəbəqədər müəssisədə uşaqların təlim-tərbiyəsi və tərbiyəçi hazırlıgı”(2002),”Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsinin vasitə yolları”(2005)-“Pedaqoji tədqiqatlar”- Elmi məqalələr məcmuəsi Bakı.

“XIX əsrin sonu –XXəsrin əvvəllərində kamil şəxsiyyətin formalaşdırılması ideyası”7\2007;”Azərbaycan ədəbi-pedaqoji fikrində vətənpərvərlik problemi”(1900-1935-ci illər) 3\2009-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”(Ali məktəblərarası elmi məqalələr məcmuəsi) Bakı

“Təlim prosesinin təşkilinin köməkçi forması və onun əhəmiyyəti”2\2009 Gəncə Dövlət Universiteti “Elmi xəbərlər”

“Bagçayaşlı uşaqlarda təqvim haqqında ilkin təsəvvürlərin formalaşdırılması”-Gəncə Dövlət Universiteti “Beynəlxalq konfrans materialları” –Gəncə-2010

“Təlim prinsiplərinin təsnifi və ifadəsinə dair”-“Humanitar elmlərin öyrənilməsinin

aktual problemləri “(Ali məktəblərarası elmi məqalələr məcmuəsi)-2/2011.

“Fəal təlim prosesində müəllimin vəzifələri” -1/2013   Gəncə Dövlət Universiteti “Elmi xəbərlər”

Ailəlidir. Bir qızı var.