Hacımuradova Lamiə Nizami qızı
Gəncə Dövlət Universitetin Ümumi pedaqogika kafedrasinın baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru
E-mail: lamie.7530@gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
- 30 oktyabr 1975-ci ildə Gəncə şəhərində anadan olub. 2000-ci ildən YAP-ın üzvüdür. İki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1992-ci ildə Gəncə şəhəri, Mirzə Ələkbər Sabir adına 5 saylı orta məktəbi əla qiymətlərlə bitirib.
- 1997-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Pedaqoji fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavr səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
- 1999-cu ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Magistratura şöbəsinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasını fərqlənmə diplomu ilə bitirib
- 2010-2015-cü illərdə Gəncə Dövlət Universitetində 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə dissertanturanı bitirib
- 2017-ci ildə Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
ƏMƏK FƏALİYYƏTİ
- 1997-2009- cu illərdə Gəncə şəhər 17 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi
- 1999 – 2006-cı illər Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim
- 2006 – hal-hazıradək Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında baş müəllim
- 2015 – ci ildə “Ali məktəblərdə İnklüziv təhsilin təşkili” mövzusunda Avstrya Respublikasının Qraz şəhərində şəhərində ixtisasartırma kursunda iştirak etmiş, beynəlxalq sertifikat almışdır.
- 2016 – cı ildə “Kurikulum: doğrular-yalnışlar” mövzusunda Türkiyə Respublikasının İstanbul şəhərində ixtisasartırma kursunda iştirak etmiş, beynəlxalq sertifikat almışdır.
- 2017 – hal-hazıradək Bakı Dövlət Universitetinin Qazax filialının Pedaqoji fənlər kafedrasında baş müəllim
- 2018 – hal-hazıradək UNİCEF, RİİB və Azərbaycan Respublikası Təhsil İnstitutunun təlimçisi-mentor..
- 2023-cü ildən indiyə kimi Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının 5804.01 Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə elmi seminarın üzvü
DİL BİLGİSİ: Azərbaycan, Rus, Türk
TƏDQİQAT SAHƏSİ: Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, Sosial pedaqogika, İnklüziv təhsil, Risk qrupu uşaqların sosial-pedaqoji dəstəyi.
ELMİ ƏSƏRLƏRİ: 60-dan çox elmi əsərin, 15 qrifli nəşr olunmuş fənn proqramının müəllifidir:
- XX əsrin əvvəllərində ümumrusiya müsəlmanlarının qurultayında təhsilin demokratikləşdirilməsi məsələləri // Humanitar elmlərin öyrədilməsinin aktual problemləri. (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, “Mütərcim” 2017, №2 https://mutercim.az/wp-content/uploads/2021/12/Sbornik_2017-2.pdf
- Risk qrupu uşaqlarda şəxsiyyətin formalaşmasına əks təsir edən neqativ demoqrafik amillər.// GDU-nun Elmi xəbərləri.Gəncə 2018, №2
- İnklüziv təhsil baxdığınız güzgüləri dəyişir. // GDU-nun Elmi xəbərləri.Gəncə 2019, №3
- İnklüziv təhsil damğalanma və onun yaratdığı fəsadları aradan qaldırmaq üçün əsas vasitədir. Peşə təhsili və insan kapitalı. Elmi-praktiki, metodiki jurnal. Cild 3, 2020 № 3 https://www.jurnal.vet.edu.az/storage/uploads/archive/n1g4QPtLpKvOvahPUGt2cPVQ9MFKIpYtPNWNgdoe.pdf
- Yeniyetmələrlə cinayət əməllərinə qarşı aparılan tədbirlərin aradan qaldırılması yolları. Peşə təhsili və insan kapitalı. Elmi-praktiki, metodiki jurnal. Cild 4, 2021 №2 https://www.jurnal.vet.edu.az/storage/uploads/archive/JIMfUtgNWCyBC4txvN5vGXe3CN3Y2VbmKnMNNI5Y.pdf
- Azərbaycanda ibtidai məktəblər üçün milli dərsliklərin və uşaq ədəbiyyatının yaradılması tarixindən. // “Məktəbəqədər və ibtidai təhsil. Elmi-metodik jurnalı. Bakı 2021, № 1 ERIH PLUS: https://ppe-journal.edu.az/frontend/uploads/files/2021%20%20%E2%84%96%201.pdf
- Socio-pedagogical activity with risk group children. // German International Journal of Modern Science. 2023 № 50. https://www.calameo.com/books/006382151f124ff6290f4
- Development of inclusive education in Azerbaijan. Conrado. Revista pedagogica de la Universidad de Cienfuegos. La integración del conocimiento en las publicaciones científicas. Cuba. Cienfuegos.2023, Vol. 19 S2; AgostoQ4. Səh. 284-297. WEB OF SCIENCE https://conrado.ucf.edu.cu/index.php/conrado/article/view/3263
FƏNN PROQRAMLARI:
- Məktəbin idarə edilməsi (Məktəbşünaslıq) Bakı: Mütərcim 2011
- Psixopedaqogika. Bakı: Mütərcim 2012
- Təhsildə sosial iş. Bakı: Mütərcim 2014
- 4.İnklüziv təhsil. Bakı: Mütərcim 2014
- Sosial və pedaqoji antropologiya. Bakı: Mütərcim 2015
- Sosial-pedaqoji fəaliyyətin monitorinqi və diaqnostikası. Bakı: Mütərcim 2015
- Risk qrupu uşaqların sosial-pedaqoji dəstəyi. Bakı: Mütərcim 2017
- İnklüziv təhsil. Bakı: Mütərcim 2021
- Risk qrupu uşaqların sosial-pedaqoji dəstəyi fənninin magistratura təhsil səviyyəsi üçün fənn proqramı. Bakı: Mütərcim 2024
- Korreksion pedaqogika fənninin magistratura təhsil səviyyəsi üçün fənn proqramı. Bakı: Mütərcim 2024
- Psixopedaqogika fənninin bakalavr təhsil səviyyəsi üçün fənn proqramı. Bakı: Mütərcim 2024
BEYNALXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI: Fəaliyyəti dövründə 30-dan artıq beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir:
- Əlilliyi olan uşaqlara qarşı bullinqi yaradan səbəblər və onların aradan qaldırılması yolları. // IERCP-2020 Beynəlxalq Konfrans “İnklüziv təhsil: reallıqlar, çağırışlar, perspektivlər” Bakı, Azərbaycan. 17-18 dekabr 2020- https://drive.google.com/drive/folders/1300vA4AKljSNYE05nmRgE933CKcLRkhC
- XX əsrin əvvəllərində Azərbaycanda pedaqoji hərəkatın inkişaf istiqamətləri. // Elmi iş. Beynəlxalq jurnal. Humanitar və ictimai elmlər üzrə I beynəlxalq elmi konfransın materialları. Bakı 24 iyul 2020 –
- “XIX əsrdə Azərbaycanda dünyəvi təhsil mədəniyyətinin formalaşdırılmasında Şuşa məktəblərinin rolu”. // “Pandemiya şəraitində Mədəni İrs, Ətraf Mühit, Elmi Tədqiqatlar və Turizm” mövzusunda 9 – cu Beynəlxalq Konfrans. Makedoniya, Skopye –18-19 yanvar, 2021-
- İnklüziv təhsil prosesində bullinq anlayışı və onun aradan qaldırılması yolları. //V Beynəlxalq Sosial Elmlər Konqresi. Fransa, Paris. 07 fevral 2021
- Azərbaycan təhsilində real ünsiyyətdən, rəqəmsal əməkdaşlığa keçid. // Middle east International Conference on Contemporary Scientific Studies-V Ankara, Turkey. March 27-28, 2021 – https://cahid.info/pdf/konfrans2021/27032021/proceedingsbook_volume_1.pdf
- İllərin vətənpərvərlik tərbiyəsi: İkinci Qarabağ müharibəsi. // Doğumunun 98. yilinda Azerbaycan’ın Mimarı Haydar Aliyev Uluslararasi Kongresi İksad & Odlar Yurdu Üniversitesi. 10 may 2021 – https://www.iksadkongre.org/_files/ugd/614b1f_ba1978f5763d4b9597ba6721ddae54bf.pdf
- Vətənpərvərlik tərbiyəsinin formalaşdırılması mexanizmləri // Müasir mərhələdə müəllim hazirliğinin aktual məsələləri: Uğurlar və çağirişlar Beynəlxalq elmi konfransın materialları 15-16 dekabr 2022, Naxçıvan/ Azərbaycan.
- Azərbaycan Respublikasında inklüziv təhsilin təşkili. // “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı II Respublika elmi-praktik konfransın materialları. Bakı Slavyan Universiteti.2023
- Azərbaycan Respublikasında İnklüziv təhsilin təşkili. Qazax rayon İcra Hakimiyyəti, Ərzincan Binəli Yıldırım Universiteti və BDU Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq elmi konfransın materialları, Qazax 23-24 noyabr, 2023. Səh 170-173
- Azərbaycanda inklüziv təhsilin inkişafı. Bakı Slavyan Universiteti “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfransın materialları, Bakı. 16-19 aprel, 2024. Səh. 306-313. https://bsu-uni.edu.az/uploads/M%C9%99qal%C9%99l%C9%99r%20%C4%B0nkl%C3%BCziv%20T%C9%99hsil%20konfrans.pdf
Metodik vəsait:
- Dözümlülük sənəti: Çətinliklərə qalib gəlmək və inkişaf etmək.
| Azərbaycan-İngilis dillərində |
Metodik vəsait MetaMind; 1-ci nəşr. Bakı 2023, 99 səhifə. https://www.amazon.co.uk/dp/B0CFL4H8B7?ref_=cm_sw_r_mwn_dp_ZEQ58C8JVCXQ2KHKVFHN
