
Nəbiyeva Təhminə Ələmdar qızı
06.05.1981-ci ildə anadan olmuşdur. 2002-ci il AMİ-nin Gəncə filialının
“İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının bakalavriat
təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə GDU-nun
“İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə
magistratura təhsil pilləsinə daxil olmuş və 2004-cü ildə həmin ixtisası da
fərqlənmə diplomu ilə bitirmişdir.
T.Ə.Nəbiyeva 05.11.2008-ci ildən Ümumi pedaqogika kafedrasında baş laborant,
17.09.2012-ci ildən isə müəllim kimi fəaliyyət göstərir.
T.Ə.Nəbiyeva 2011-ci ildə 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və
təhsilin tarixi” ixtisası üzrə universitetin qiyabi doktoranturasına daxil
olmuş, vaxtından əvvəl dissertasiya işini tamamlamışdır. Onun pedaqogika üzrə
fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kiçik yaşlı məktəblilərdə milli
qürur hissinin formalaşdırılmasında məktəb və ailənin əlbir işi” adlı
dissertasiya işi uyğun kafedrada müzakirə edilərək müdafiəyə təqdim edilmişdir.
Bir sıra beynəlxalq konfrans, konqres və simpoziumların iştrakçısıdır. 40-a
yaxın elmi əsərin, 4 qrifli nəşir olunmuş fənn proqramının müəllifidir, UNİSEF
və Təhsil İnstitutunun təlimçisidir.
E-mail:
tahmina_nabiyeva@mail.ru
Tel:+9940507636366