Dosent Cavadova Zümrüd Soltan qızı

Cavadova Zümrüd  dosent Kafedra müdiri

Psixologiya üzrə fəlsəfə doktoru, dosent Cavadova (Şirinova) Zümrüd Soltan qızı

1951-ci ildə Azərbaycan Respublikasının Fizuli rayonunun Qaradağlı kəndində ziyalı ailəsində anadan olmuş və həmin kənddə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Pedaqoji Universitetini (V.İ.Lenin adına APİ)  bitirmişdir.

1983-cü ildən GDU-nun Psixologiya kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.

48-dən çox elmi məqalənin, 2 monoqrafiya, 2 dərs vəsaiti, 11 adda  fənn proqramları və 3 metodik tövsiyələrin müəllifidir.

Əsas tədqiqat işi “Nizami Gəncəvinin psixoloji  görüşləri” istiqamətindədir.

Hal-hazırda Gəncə Dövlət Universitetinin psixologiya kafedrasında kafedra müdiri vəzifəsində çalışaraq elmi-pedaqoji fəaliyyətini davam etdirir.