1947 ci ildə anadan olmuş, 1963-66-cı illər Bakı 1nömrəli tibb texnikomunda təhsil alaraq oranı fərqlənmə diploma ilə bitirmişdir. 1966-70 illər Tovuz rayonunun Əlimərdanlı kəndində bağça müdiri və tibb bacısı vəzifələrində çalışmışdır. 1970-74-cü illərdə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin məktəbəqədər təhsilin pedaqogikası və psixologiyası ixtisası üzrə təhsil almış və oranı fərqlənmə diploma ilə bitirmişdir. Azərbaycan Ali və Orta İxtisas təhsili Nazirliyinin 112 nömrəli göndəriş vərəqəsi əsasında Psixologiya kafedrasında saxlanılmışdır. 1977-80-cı illər Azərb. ETPEİ-da psixologiya ixtisası üzrə əyani aspirant olmuşdur. 1985-ci ildə Tbilisi Dövlət Universtetində psixologiya elmlər namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etmişdir. 1984-cü ildən ailə vəziyyəti ilə bağli Gəncə şəhərinə köçərək GDU-nun psixologiya (Həsənbəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutu) kafedrasında fəaliyyətə başlamışdır.1989-cu ildən həmin kafedranın dosenti, 2001-2011-ci illər kafedra müdiri vəzifəsində çalışmışdır. Hazırda kafedranın dosentidir. Bu illər ərzində 40- dan artıq elmi məqalə, metodik tövsiyə, metodik vəsait, dərs vəsaiti və proqramların (bakalavr və magistr pilləsi üçün) müəllifidir. Əsas məktəbəqədər və kiçik məktəb yaş dövrünün psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində iş aparır.