1981-ci ildə Gəncə şəhərində anadan olmuş. 1987-ci ildə Gəncə şəhər C.Cabbarlı adına 6 saylı orta məktəbə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Gəncə Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş, 2002-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Gəncə Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur. 2004-cü fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2008-ci ilədək Gəncə Humanitar Kollecində işləmiş, 2012-ci ildən isə Gəncə Dövlət Universitetində psixologiya kafedrasında müəllim vəzifəsində şalışır. 2012-2013 tədris ilindən “580401 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə qiyabi doktorantdır. Tədris ilində bir neçə məqaləm çap olunub. İbtidai siniflərdə şagirdlərin intellektual inkişafının artırılması imkanları (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu-2013) Riyazi çalışmalar vasitəsilə şagirdlərin intellektual inkişafının artırılması imkanları (Gəncə Dövlət Universiteti-2013) Azərbaycanda təhsil strategiyası və təlimdə şagirdlərin idrak fəallığı (Naxçıvan Müəllimlər İnstitutu -2014).