1974-ci ildə Gəncə şəhəri Çernyaxovski kücəsi 21-də anadan olmuşdur. 1981-1991-ci illərdədə M.Füzuli adına 22 saylı orta məktəbdə təhsil almışdır. 1991-ci ildə H. Bəy Zərdabi adına Pedaqoji İnstutun “Pedaqogika və Psixologiya” (m/q ) ixtisasına daxil olmuş,1996-ci ildə isə həmin institutu bitirmişdir. 1996-cı ildə 18 iyun İnstitutun Dövlət imtahan komissiyasının qərarı ilə Məktəbəqədər pedaqoji məktəblərdə pedaqogika-psixologiya müəllimi, məktəbəqədər tərbiyənin təşkilatçı-metodisti ixtisası verilmiş, təyinatım Həmin intututun Psixologiya kafedrasına verilmişdir. Həmin ildən Kafedranın müəllimi, 2009-cu ildən isə baş müəllim vəzifəsinə təyin edilmişdir. Çoxlu sayda elmi məqalələrin, fənn proqramlarının, metodik tövsiyələrin və s. müəllifidir.