1969 – cu ilin noyabr ayında Gəncə şəhərində
anadan olmuş və həmin şəhərdə orta məktəbi bitirmişdir.
1987-ci ildə GDPİ-nin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olmuş və 1991- ci ildə isə həmin İnstitutu bitirmişdi. 1996-ci ildən GDPİ- nin Psixologiya kafedrasında baş laborant, 1998-ci ildən müəllim və 2005-ci ildən baş müəllim vəzifəsində çalışır.
2014-cü ilin mart ayında ″ Kiçik yaşlı məktəblilərdə özünə nəzarət bacarıqlarının formalaşdırılması üzrə işin sistemi″ mövzusu üzrə namizətlik dissertasiyasını müdafiə etmişdir. 21 elmi məqalənin, fənn proqramlarının müəllifidir . Ailəlidir.