HACIYEVA MEHRİBAN ŞÖVKƏT QIZI

Mehriban Haciyeva

HACIYEVA MEHRİBAN ŞÖVKƏT QIZI

Kafedranın baş müəllimi – Hacıyeva Mehriban Şövkət qızı 1971-ci il yanvar ayının 22-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır.

1978-ci ildə Gənə şəhəri C.Cabbarlı adına 6 saylı orta məktəbin birinci sinifinə daxil olmuş, 1986-cı ildə həmin məktəbin səkkizinci sinifini bitirərək Q.Hüseynli adına Gəncə Musiqi Kollecinin “Fortepiano” şöbəsinə daxil olmuşdur.

1990-cı ildə Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.

1995-ci ildə Musiqi Akademiyasını bitirib, Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında stajor müəllim kimi fəaliyyətə başlamış,1998-ci ildən müəllim işləmiş, 2003-cü ildən baş müəllim vəzifəsində işləyir.

20-dən artıq elmi əsərin müəllifidir (“Azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndələri”. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun elmi əsərlər məcmuəsi. Bakı, 1999, s.265-266; “Zərif Qayıbov adına 5 saylı uşaq musiqi məktəbinin inkişaf mərhələləri”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfaransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.134-137; “Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən istifadə”. VI Uluslararası Müzik və Dans Konqresi bildiriler kitabı. Türkiyə, Alanya, 2020. s.291-294 və s.)

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.