RƏFİBƏYLİ LALƏ HAKİM QIZI

Lale Rafibayli

RƏFİBƏYLİ LALƏ HAKİM QIZI

Kafedranın müəllimi – Rəfibəyli Lalə Hakim qızı 12 sentyabr 1979-cu ildə Azərbaycan Respublikası Gəncə şəhərində ziyalı aləsində anadan olmuşdur. Azərbaycanlıdır.

1985-ci ildə 4 saylı ümumtəhsil məktəbinin birinci sinifinə daxil olmuş və 1994-cü ildə həmin məktəbin doqquzuncu sinifini bitirmişdir. 1987-1994-cü illərdə Gəncə şəhəri 1 saylı Uşaq musiqi məktəbinin fortepiano sinifində təhsil almışdır.

1994-cü  ildə  Q.Hüseyinli  adına  musiqi texnikumuna “Musiqi nəzəriyyəsi” ixtisası üzrə daxil olub və  1998-ci ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirmişdir.

1998-2002-ci illərdə Gəncə Dövlət Universitetinin pedaqoji fakultəsində “Musiqi təhsili” ixtisası üzrə bakalavriat və 2003-2005-ci illərdə “Musiqişünaslıq” ixtisası üzrə maqistratura səviyyəsində təhsil almış, hər iki ali təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2005-ci ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında müəllim,   2013-cü ildən baş müəllim vəzifəsində işləyir.

Gəncə Dövlət Universitetinin 16.02.2018-ci il tarixli 3/83 saylı əmri ilə “Musiqi fənləri” kafedrasına 6213.01-“Musiqi sənəti” ixtisasının fəlsəfə doktoru proqramı üzrə doktorant (qiyabi) qəbul olunmuşdur.

20-dən artıq elmi əsərin müəllifidir (“Q.Hüseynli yaradıcılığı milli ənənələr kontekstində”. Həmmüəlliflər: S.Qurbanəliyeva. N.Seyfullayeva. Bakı, “Аdiloğlu”, 2006, 210 s.; “Qəmbər Hüseynli və Gəncə”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.87-92; “Bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığı”. VI Uluslararası Müzik və Dans konqresi. Türkiyə, Alanya, 30-31 oktyabr, 2020 və s.).

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.