1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ

28.02.2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının təşkilatçılığı ilə 1 Mart Ümumdünya mülki müdafiə günü münasibətilə tədbir keçirildi. Tədbirdə Pedaqoji fakültənin dekanı dosent Zaur Hüseynzadə, dekan müavini b/m İlqar Haqverdiyev, FTÇH və MM kafedrasının əməkdaşları və tələbələr iştirak edirdi. Tədbirin mövzusu “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatı” idi. Tədbir Azərbaycan respublikasının dövlət Himni ilə açıldı. Fakültə dekanı çıxış edərək FTÇQ və MM kafedrasının əməkdaşlarını Mülki müdafiə günü münasibətilə təbrik etdi. Sonra kafedranın baş müəllimi Fikrət Hüseynov mülki müdafiənin tarixi , məqsədi və vəzifələri haqqında məlumat verdi. Daha sonra kafedranın müəllimi Zülfiyyə Ələkbərova mülki müdafiədə əhali təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə görülə biləcək tədbirlər və vasitələr haqqında məlumat verdi. Sonra Mülki Müdafiə qoşunlarının mühafizə tədbirləri haqqında video-çarx izlənildi. Tədbirdə həmçinin Pedaqoji fakültənin dekan müavini baş müəllim İlqar Haqverdiyev və kafedranın digər əməkdaşları çıxış etdilər. Tələbələri maraqlandıran sualları cavablandırdılar.