“Məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəsinin xüsusiyyətləri” mövzusunda açıq dərs

26.02.2025 tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının magistrantı Məbudzadə Türkanın Pedaqoji fakültənin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbələri ilə Məktəbəqədər yaşlı uşaqların tərbiyəsində ailə ilə bağçanın birgə işi fənnindən “Məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəsinin xüsusiyyətləri” mövzusunda açıq dərsi dinlənildi.

Dərsdə kafedra müdiri dos. Alahverdi Quliyev , fənn müəllimi b/m P.E.D Nəsibova Saidə , dekanlığın nümayəndəsi Məmmədov Rəşad və magistrant Quliyeva Sevinc iştirak etdilər.

Dərsdən sonra tələbə nümayəndələri ilə dərs müzakirə edildi , dərs qənaətbəxş qiymətləndirildi və müxtəlif tövsiyyələr verildi.