Dosent MƏMMƏDOVA TAMİLLA ƏLİ QIZI

Tamilla Mammadova

Məmmədova Tamilla Əli qızı 02 noyabr 1947 –ci ildə indiki Gəncə (keçmiş Kirovabad) şəhərində anadan olmuşdur.

1955 –ci ildən 1966 –cı ilə qədər M.Ə.Sabir adına 5 saylı orta məktəbdə təhsil almışdır.

1966 –cı ildə indiki GDU –nun Fizika – riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisasına qəbul olunmuş və 1970 –ci ildə həmin universiteti bitirmişdir.

1970 –ci ildən 1980 –ci ilə qədər Gəncə şəhərində 25 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmiş, 1980 –ci ildən isə GDU –ya laborant kimi fəaliyyətə başlamış, baş laborantlığa qədər yüksəlmişdir.

1992 –ci ildə “Riyaziyyat təlimi prosesində V – VI sinif şagirdlərin alqoritmik mədəniyyətinin təkmilləşdirilməsi yolları” mövzusunda dissertasiyanı müdafiə edərək (riyaziyytın tədrisi metodikası ixtisası üzrə) pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1993 –cü ildən müəllim kimi fəaliyyətə başlamışdır. 1997 –ci ildə fakültə elmi şurasının qərarı ilə baş müəllim təyin olunmuşdur.

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 22 oktyabr 2002 –ci il (prot. № 05) qərarı ilə Tamilla Əli qızı Məmmədovaya riyaziyyatın ibtidai kursu və onun tədrisi metodikası kafedrasının dosenti elmi adı verilmişdir. Təhsilin pedaqogikası və metodikası kafedrasında dosent vəzifəsində çalışır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İA№0131 saylı vəsiqə (Azərbaycan Müəllimlər İnstitutunda 12 fevral 2001 –ci il tarixdən 12 may 2001 –ci il tarixinədək “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə təşkil olunmuş ixtisasartırma kursunda iştirakına görə) verilmişdir.

Bir sıra Beynəlxalq konfrans və simpoziumun iştirakçısıdır.

34 -ə yaxın elmi – metodiki əsərin, iki metodiki vəsaitin, iki qriflə nəşr olunmuş fənn proqramlarının müəllifidir.

Gəncə Dövlət Universitetinin rektoru tərəfindən dəfələrlə “Fəxri Fərman” la və Universitetin Azad Həmkarlar Təşkilatının “pul” mükafatı ilə təltif olunmuşdur.

Ailəlidir: 2 övladı var

YAP –ın üzvüdür.

Xeyli sayda müxtəlif mövzular üzrə tezislər, məqalələr, metodiki vəsaitləri, fənn proqramları (qriflə) Respublika səviyyəli jurnallarda, respublikamızın və Gəncə şəhərinin müxtəlif universitetlərinin xülasə və jurnallarında çap etdirmişdir (qriflə).

Onlardan:

  1. “İbtidai siniflərdə riyaziyyat dərslərində alqoritm mədəniyyətinin formalaşdırılması”. Metodiki vəsait. N.Tusi adına ADPU –nun mətbəəsi. Bakı, 1990, 3 ç.v.
  2.  “İbtidai siniflərdə həndəsə elementlərinin tədrisinə dair” metodiki vəsait. ADPU –nun mətbəəsi, 2001, 1,5 ç.v.
  3.  “Şagirdlərin vaxt və onun ölçülməsi ilə tanış edilməsi”. Məqalə “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı. Bakı, 2000, № 4
  4.  “İbtidai siniflərin riyaziyyat təlimində yeni təlim texnologiyalarının tətbiqi sahələri və səciyyəvi xüsisyyətləri”. Məqalə, GDU –nun “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2013, № 2
  5.  “Həndəsə elementlərinin öyrənilməsində sadə qurma məsələlərindən istifadə”. Məqalə “Məktəbəqədər və ibtidai təhsil” jurnalı. Bakı, 2009, № 2
  6.  “İbtidai siniflərdə riyaziyyat təliminin müasirləşdirilməsi yolları”. Məqalə. GDU –nun “Elmi xəbərlər” jurnalı. Gəncə, 2014, № 3
  7.  “İbtidai siniflərdə tənliklərin həllində alqoritmləşdirmə”. Məqalə. GDU –nun “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2018. № 3
  8.  «Основные требования к алгоритмической культуре учащихся и её современное состояние». Məqalə. GDU –nun “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2019, № 1
  9.  “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları”. Proqram. Gəncə, 2019 (qriflə). T.Məmmədova və Ş.Binnətova
  10.  “Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası” Proqram. Gəncə, 2019 (qriflə), T.Məmmədova., S.Nuriyeva və S.Məhəmmədi