Sosial şəbəkələr və zərərli vərdişlər

05.12.2024-cü il tarixində Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının təşəbbüsü ilə Tələbə Elmi Cəmiyyətinin “Sosial şəbəkələr və zərərli vərdişlər” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarda Pedaqoji fakültənin dekanı Dos.Z.Hüseynzadə,Psixologiya kafedrasının müdiri Dos.Z.Cavadova,Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova,Pedaqoji fakültənin TEC-nin elmi rəhbəri Telli Cabbarova,psixologiya kafedrasının professor müəllim heyəti və pedaqoji fakültənin tələbələri iştirak etmişdir. Seminarda Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri Məlikova Tahirə Vüqar qızı, TSPX ixtisası üzrə II kurs tələbəsi Ədilbəyli Elmira Rəşad qızı, Məmmədhüseynova Xalidə Əjdərovna qızı, Cabbarova Fidan İlkin qızı, Əliyeva Sara Rasim qızı, Psixologiya ixtisası üzrə II kurs tələbəsi Süleymanova Xədicə Elşən qızı, Məktəbəqədər Təhsil ixtisası üzrə II kurs tələbəsi Əliyeva Röya Nizaməddin qızı məqalələri ilə çıxış etmişdirlər. Elmi seminarın mövzusu aktual olduğundan tələbələrin böyük marağına səbəb olmuşdur. Seminarın sonunda seminarda iştirak edən tələbələrə TEC tərəfindən sertifikatlar təqdim olunmuşdur.