Təsdiq olunmuş qrafik əsasında 05 dekabr 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Sabir qızı Məhərrəmovanın “Məktəb mahnı repertuarı” seçmə fənnindən “Məktəb repertuarından (VIII sinif üzrə) mahnıları özünü müşayiət edərək oxumaq, musiqi-nəzəri, metodiki cəhətdən təhlil etmək” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Səma Mahir qızı Musayeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Pedaqoji” fakültənin dekan müavini, baş müəllim İ.Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllimlər S.Həsənova, S.Şabanova, müəllim S.Məhərrəmova iştirak etdilər.



