Narkomaniya “YOX” deyək

Fakültədə narkomaniyaya “YOX” deyək şüarı altında tədbir keçirildi. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və humanitar işlər üzrə prorektor iştirak etdilər. İlk olaraq prorektor Gülsüm Fətəliyeva çıxış edərək narkomaniyanın ziyanlarından və fəsadlarından danışdı. Daha sonra Psixologiya kafedrasının müdiri dos. Zümrüd Cavadova , fizika kafedrasının dos. Rasim Hüseynov , pedaqogika kafedrasının müəllimi Əsmər Şərifova və tələbələr çıxış etdilər.