“Elmi fəaliyyət və onun əsas xüsusiyyətləri” mövzusunda açıq dərs

25 sentyabr 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Firuddin qızı Qurbanəliyevanın “Tədqiqat üsulları” fənnindən “Elmi fəaliyyət və onun əsas xüsusiyyətləri” mövzusunda magistratura şöbəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə mühazirə şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Musiqi fənləri” kafedrasının baş müəllimləri s.ü.f.d. S.Rüstəmova, L.Rəfibəyli, L.Nəbiyeva iştirak etdilər.