Müəllimimiz Bakı Slavyan Universitetində təlim aparıb.

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında 3-5 iyul tarixlərində təlim təşkil edilib.Bakı Slavyan Universitetində müəllimlərin inklüziv təhsil sahəsində nəzəri-praktik biliklərinin artırılması məqsədilə keçirilən təlimlərdə 20 nəfərdən çox olmaqla, BSU-nun professor-müəllim heyəti, həmçinin Universitetin nəzdində fəaliyyət göstərən Məktəb Lisey Kompleksinin ibtidai sinif müəllimləri iştirak edib.Təlimlər “Regional İnkişaf” İctimai Birliyi tərəfindən daha əvvəl icra olunmuş inklüziv təhsil layihələrində müvafiq “ToT” təlim proqramlarını uğurla başa vurmuş təlimçi mentor, Gəncə Dövlət Universitetinin Ümumi Pedaqogika kafedrasının baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova tərəfindən aparılıb.

İnklüziv təhsildə uyğunlaşma strategiyaları, differensial qiymətləndirmə, inklüziv sinif mühitinin yaradılması, inklüziv təhsildə gələcəyə baxış və s. mövzular üzrəkeçirilən təlimlər müəllimlərə fərqli əlillik dərəcələrində olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodik bacarıqlara yiyələnmək imkanını təmin edib.Təlimi uğurla başa vuran müəllimlər “Regional İnkişaf” İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə sertifikatları ilə təltif edilib. Sertifikatların təqdim olunmasında BSU-nun rektoru Anar Nağıyev iştirak edib.