Musiqimizdə Qarabağ

Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən Gəncə Dövlət Universitetinin pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələrinin məktəbin şagirdləri ilə hazırladıqları “Musiqimizdə Qarabağ mövzusu” adlı tədbir dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.