1957-ci il Yanvarın 1-də Gəncə şəhərində anadan olmuşdur. 4№li məktəbdə təhsil almış və həmin məktəbi bitirmişdir. 1985-ci ildə GDU-nun ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasına daxil olmuş, 1990-cı ildə həmin fakültəni
bitirmişdir. Həmin ildən 38 №li məktəbə müəllim təyin olunmuşdur. 2003-cü ildən GDU-nun Ümumi pedaqogika kafedrasında müəllim işləyir. Hazırda həmin kafedrada baş müəllim vəzifəsində çalışır.
5 elmi məqaləsi var:
- Sinifdənxaric tədbirlərdə ekoloji tərbiyə. GDU, elmi xəbərlər məcmuəsi, 2005.
- Şagirdlərdə öz qüvvəsinə inamsızlığın aradan qaldırılması haqqında. AKTA. Elmi əsərlər, 2006
- Sinifdənxaric tərbiyə işlərində şagirdlərin iqtisadi tərbiyəsi və təhsilinin inkişaf etdirilməsi. BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, 2009.
- Tərbiyənin mahiyyəti, məzmunu və məqsədi mövzusunun tədrisində xalq pedaqogikası nümunələrindən istifadə BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, 2011.
- İqtisadi tərbiyənin pedaqoji-psixoloji əsaslarına dair. GDU, elmi xəbərlər məcmuəsi, 2013.