“Stolüstü tennis. Təklikdə oyun taktikası” mövzusunda açıq dərs

14.12.2023-cü il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi İlham Ağayevin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının 2-ci kurs tələbələri ilə İdman oyunlarının nəzəriyyəsi və metodikası-2 fənnindən “Stolüstü tennis. Təklikdə oyun taktikası” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Pedaqoji fakültənin dekanı dos. Zaur Hüseynzadə , kafedra müdir əvəzi b/m Urfan Cabbarov kafedranın müəllimləri b/m Tofiq Əliyev , müəllim Elnarə Hüseybnova və baş laborant Rəşad Məmmədov İştirak etdilər.