“Şahmat və psixologiya, şahmat oyununun texnikası” mövzusunda açıq dərs

13.12.2023-cü il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Etibar Həsənovun Məşqçilik ixtisasının 3 kurs tələbələri ilə Şahmat və OTM fənnindən “Şahmat və psixologiya, şahmat oyununun texnikası” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Pedaqoji fakültənin dekanı dos. Zaur Hüseynzadə, dekan müavini b/m İlqar Haqverdiyev Bədən tərbiyəsi və idman kafedrasının müdiri b/m Urfan Cabbarov, Psixologiya kafedrasının müəllimi və monitorinq qrupunun üzvü prof. Cəfər İbrahimov və Bədən tərbiyəsi və idman kafedrasının müəllimi b/m Tural Əliyev iştirak edirdilər.