“TSPX” ixtisasının tələbələri SOS Uşaq Kəndində praktik-seminar məşğələsində

Gəncə Dövlət Universiteti ilə SOS uşaq kəndi arasında bağlanmış iki tərəfli əməkdaşlıq müqavilələrinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyyələri əsasında hazırlanmış “Fəaliyyət istiqamətlərinin” VI bəndinin 3-cü hissəsində nəzərdə tutulan Sosial iş, Psixologiya, TSPX ixtisaslarının II və III kurs tələbələri ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətdə təmin etmək məqsədilə Gəncə Dövlət Universitetinin 21.09.2023 –cü il tarixli 5/234 saylı əmrinə əsasən praktik- seminar dərsləri həmin müəssisədə təşkil olunmuşdur. 28.11.2023 –cü il tarixində TSPX ixtisasının II kurs tələbələri “Psixi sağlamlıq” mövzusunda seminar dərsində olmuşdur. Dərsdə mövzu ilə əlaqədar olaraq SOS uşaq kəndinin direktoru Tale Cəfərov, fənn müəllimi Yeganə Abbasova və digərləri psixi sağlamlıq, insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü biruzə verməsi haqqında tələbələrə ətraflı məlumat verdi. 2019-cu ildə olan statistik məlumata görə, SOS uşaq kəndi dünyada 136 ölkədə fəaliyyət göstərir. Bakıda 2004-cü ildən, Gəncədə isə 2006-cı ildən fəaliyyət göstərmişdir. Məruzəçilər bundan əlavə sosial işin təşkili və uşaqların himayəyə götürülməsi qaydalarını, uşaqlarla aparılan tədbirlər, fərdi işlər haqqında tələbələrə və onları maralandıran suallara ətraflı məlumat verdilər.