23 fevral 1955-ci ildə Gəncə şəhərində anadan olub. 1970-ci ildə Kirovabad şəhərinin 4 saylı orta məktəbini bitirib Kirovabad ş. Pedoqoji məktəbə qəbul olub və 1973-cü ildə “Uşaq baxçası tərbiyəçisi” ixtisasını bitirmişdi.
1975-ci ildə Kirovabad DPİ-na qəbul olub 1980-ci ildə “Orta məktəbdə ibtidai sinif müəllimi” ixtisasını bitirmişdi.
1990-cı ildə M.Rəsulzadə adina BDU nəzdində təşkil edilmiş “Xalq təhsilində praktiki psixologiya” təyinatlı kursuna daxil olub 1991-ci ildə bitirmişdi və ona məktəb psixoloqu dərəcəsi verilmişdir. Bir neçə dəfə AMİ Gəncə filialında ixtisasartırma kursunu bitirmişdi.
1972-ci ildən iş fəaliyyətinə başlayıb. DİN-nin 2 saylı təchizxanasında kitabxanaçı vəzifəsində çalışıb.1975-ci ildən 1980-ci ilə kimi UİLGİ-nin Kirovabad şəhərində iş icraçısı, 1980-1982-ci illərdə Kəpəz rayon UİLGİ-nin 9 saylı TPM-də komsomol təşkilatının katibi,1982-ci ildən 1986-ci ilə kimi Kəpəz Rayon İcraiyyə komitəsinin az yaşlılar komisiyyasının məsul katibi, 1986-cı ildən 1990-cı ilə kimi Kəpəz Rayon İcraiyyə Komitəsində ümumi şöbənin rəisi, 1990-cı ildən 1992-ci ilə kimi Gəncə şəhəri Kəpəz Rayon Xalq Təhsili Şöbəsinin Metodist, İnspektor-metodist, Psixoloq-metodist, eyni zamanda da 34 saylı orta məktəbdə rus dili müəlliməsi, 1997-ci ildən 2000-ci ilə kimi Gəncə şəhəri mədəniyyət idarəsinin Nizami Gəncəvi xatirə-ev muzeyində elmi işçi vəzifəsində çalışmışdır.
1991-ci ildə H.Zərdabi adına G.D.P.İnstitutunun Psixologiya kafedrasında baş laborant , stajçı müəllim, müəllim, 1999-cu ildən isə baş müəllim vəzifəsində çalışır. İşlədiyi bu illər ərzində Şəhadətnamə Unicet. Azərbaycan Respublikası Təhsil Nazirliyi (2009-cu il), Sertifikat Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Məqsəd təşkilatı İntel” “Gələcək üçün təhsil” haqqında sertifikat (2013), “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Diplom (2013). – bu sertifikatlarla təltif olunmuşdu.
Bununla yanaşı bu müddət ərzində 27-dən çox elmi məqalələrin, fənn proqramlarının, metodik tövsiyələrin və s. müəllifidir.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdü.