“İnstrumental və vokal müşayiət üzərində iş. Ansambl” mövzusunda açıq dərs dinlənilmişdir

13 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Səidə Zahid qızı Həsənovanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “İnstrumental və vokal müşayiət üzərində iş. Ansambl” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Günel Cəmşid qızı Namazova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.