“Musiqi fənləri” kafedrasında ustad dərslər keçirildi

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor, “İfaçılıq” fakültəsinin dekanı Nəzəriyyə Abbaszadə,  Əməkdar müəllim, professor, “Fortepiano” fakültəsinin dekanı Nəzakət Rimazi, Beynəlxalq müsabiqələr laureatı Dmitri Babayev tərəfindən  Gəncə Dövlət  Universitetinin “Musiqi fənləri” kafedrasında keçirilən ustad dərsləri kafedranın professor-müəllim heyəti və “Pedaqoji” fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələri tərəfindən  böyük maraqla qarşılanmışdır.

Gəncə Dövlət Universitetinin rektoru professor Y.Yusibovun imzası ilə Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov tərəfindən “Ustad dərsləri” layihəsinin təşkili və keçirilməsində fəal iştiraka görə  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevaya “Fəxri fərman” təqdim edilmişdir.