“Güclü dövlətimiz, güclü ordumuz” mövzusunda açıq dərs keçirildi

18.02.2020-ci il tarixində  Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasının baş müəllimi Məmmədova Mahnur Qafar qızının “Gənclərin çağrışaqədərki hazırlığının tədrisi metodikası” fənni üzrə “Güclü dövlətimiz, güclü ordumuz” mövzusunda açıq dərs keçirilmişdir.

Azərbaycan hərbi tarixində Ordu quruculuğu müxtəlif mərhələlərdə həlli vacib olan məsələ kimi ön plana çəkilmişdir.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna olan qayğısı nizami Ordunun formalaşmasına inkişafına nail oldu.

Əsası ulu öndər tərəfindən qoyulan ordu quruculuğu prosesi onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi altında yeni mərhələ qədəm qoydu.