“Azrbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya” I Beynəlxalq elmi-praktik konfransı keçirildi

18-20 dekabr 2019-cu il tarixdə Azərbaycan Texniki Universitetində “Azrbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya” I Beynəlxalq elmi-praktik konfransı keçirildi. Konfransada GDU-nun Psixologiya kafedrasının dosenti Cavadova Zümrüd , baş müəllimləri Telli Cabbarova, Pərvanə Məmmədova, Alvina Babayeva və müəllim Arifə İsgəndərova məruzə ilə çıxış etdilər və sonda sertifikatla təltif edildilər. Məqalələri “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya” materialları jurnalında çap olundu.