“Musiqi fənləri” kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə “Nəsimi və musiqi” mövzusunda musiqi lektoriyası keçirildi

20.12.2019-cu il tarixində Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə “Nəsimi və musiqi” mövzusunda musiqi lektoriyası Pedaqoji fakültədə böyük uğurla keçirildi.

Tələbələrin ifasında Səid Rüstəmovun “Neylərəm” , Emin Sabitoğlunun “Eylədi” , “Bayatı-Şiraz muğamı” , Azərbaycan əsilli müğənni, bəstəkar Sami Yusifin müəllifi olduğu “Məndə sığar iki cahan” musiqi kompozisiyası böyük marağa səbəb olub.