TƏBRİK EDİRİK!

Bədən tərbiyəsi və idman kafedrasının müdiri idman ustası Ağayev İlham Mansur oğlu 24-29 sentyabr 2018-ci il tarixdə Türkiyənin Antaliya şəhərində keçirilən 24-cü Dövlətlərarası veteran tennişçilərin Beynəlxalq turnirində iştirak edib və 50-59 yaş kateqoriyasında 1-ci yerə çıxaraq turnirin qalibi olmuşdur.

Fakültəmizin dekanlığı və kollektivi adından İlham Ağayevi təbrik edirik, ona idmanda yeni-yeni nailiyyətlər arzu edirik.