Bayraq günü.

Pedaqoji fakültənin tələbə gənclər birliyinin təşkilatçılığı ilə Pedaqoji fakültədə Bayraq günü ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə fakültə dekanı dos. B. Apoyev açdı. dos. B.Apoyev  tələbələri bu günün tarixi haqqında məlumatlandırdı. Daha sonra söz Pedaqoji fakültənin tədrisin təşkil və humanitar məsələlər üzrə dekan müavini dos. İ. Haqverdiyevə verildi. Dos. İ. Haqverdiyev tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Tədbirdə TSPX ixtisasının tələbəsi Hüseynova Xatirə B.Apoyevin “Azərbaycan bayrağı şeiri ilə çıxış etdi. daha sonra Məktəbəqədər təlim və tərbiyə ixtisasının  I kurs tələbələri Zakirli Gülşən və Bəşirova Zümrüd şeir töhvələrini tədbir iştirakçılarına verdilər. Tədbirdə Bayraq günü ilə bağlı video çarxda nümayiş olundu. Azərbaycan Respublikasının Himni ilə Bayraq gününə həsr olunmuş tədbir yekunlaşdırıldı.