19.11.2025-ci il tarixdə saat 11:00 da Təhsilin pedoqogika və metodikası kafedrasının növbəti iclası keçirilmişdir.
İclasda asağıdakı gündəlik məsələlər qoyulmuşdur:
1. 2025/2026 -cı tədris ilinin birinci yarisinda dinlənilmiş açıq dərslərin müzakirəsi və təsdiqi, (p.f.d.dos.(ates-sız). Ş.Binnətova, p.f.d.S.Nurməmmədi).
2. 2025-ci ilə planlaşdırılan elmi-tədqiqat işlərinin icra vəziyyəti – (dos.Z.Bayramova).
3. “Azərbaycan müəllimi” qəzetinin 18 oktyabr 2025-ci il tarixli №-39 (9145) sayinda dərc olunan elana əsasən kafedrada boş olan 1 ştat müəllim yerini tutmaq üçün verilmiş ərizələrin müzakirəsi.
4. Cari məsələ a) Kafedra əməkdaşları tərəfindən hazırlanmış fənn proqramlarının, elmi metodiki məqalə, tezis və tədris vəsaitlərinin müzakirəsi və təsdiqi.
b) Kafedranın professor-müəllim heyyətinin və tədris köməkçi heyyətinin əmək intizamı.






