MUSİQİ FƏNLƏRİ” KAFEDRASINDA NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLDİ

Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında 19 noyabr 2025-ci il tarixində növbəti elmi seminar keçirildi. Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, kafedrada elmi seminarlar təsdiq olunmuş qrafik əsasında, aktual mövzularda keçirilir.Kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qəsirə Məmmədova “Azərbaycan xalq mahnılarının fortepiano üçün işləmələrindən məktəblilərin musiqi tərbiyəsində istifadənin əhəmiyyəti və yolları” mövzusunda məruzə ilə çıxış etdi.Mövzu ilə əlaqədar musiqi nümunələri “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültə tələbələri tərəfindən ifa olundu.Mövzu ətrafında aparılan müzakirələrdə “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti və “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələr fəal iştirak etdilər. Seminar iştirakçılarının sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı.