29.05.2025 ci il tarixində Gəncə Dövlət Universiteti PHŞ-in Təhsilin pedaqogikası və metodikasi kafedrasında növbəti təlim həyata kecirildi. Təlimin mövzusu “Motivasiya,müəllim səriştəsinin gücləndirilməsinin üsul və vasitələri” , təlimçi-Baş müəllim Rəfiqə Əmirxan qızı İsgəndərova. Təlimçi təlimin məqsədini açıqlayaraq qeyd etdi ki, bu telim ali təhsilin təlim prosesində müəllimlərin düzgün motivasiya metodlarından istifsadənin əhəmiyyətdən , müəllim səriştəsinin gücləndirilməsinin üsul və vasitələrindən geniş məlumat verdi. Təlimdə müəllim səriştəsinin gücləndirilməsinin təhlili, çətinliklərin müəyyən olunması və motivasiyada təlim metodlarından istifadə bacarıqlarının inkişafı üçün effektiv strategiyaların qurulması mövzularına xüsusi diqqət yetirildi İştirakçılar müəllim səriştəsinin gücləndirilməsində differensiallaşdırma və interaktiv təlim metodlarından istifadə yollarını öyrənir, real tədris situasiyalarında tətbiq imkanlarını təhlil edirlər.














