29 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının təşkilatçılığı ilə Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Məktəblilərin musiqi tərbiyəsində uşaq mahnılarının rolu” mövzusunda tədbir təşkil edilib.Tədbirdə Universitetin “Təcrübə və karyera” şöbəsinin müdiri Cabbar Qarayev, “Musiqi fənləri“ kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, kafedranın müəllimləri, məktəbdə tədris təcrübəsi keçən “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri, 1 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edib.Tədbirdə Üzeyir Hacıbəyli, Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Tofiq Quliyev, Oqtay Zülfüqarov, Ramiz Mirişli və digər görkəmli Azərbaycan bəstəkarlarının mahnıları təcrübəçi-tələbələr və məktəbin şagirdləri tərəfindən ifa olunub.