Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 27.05.2025-ci il tarixində Ü.Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Dahi Üzeyir Hacıbəylinin pedaqoji irsi müasir Azərbaycan musiqi təhsilinin əsas istiqaməti kimi” mövzusunda keçirilən tələbələrin elmi-ifaçılıq Respublika konfransında Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələri elmi məruzələrlə çıxış etmiş, tələbələr tərəfindən fortepianoda musiqi nümunələri ifa olunmuş, tələbələrdən ibarət kamera xorunun ifasında Ü.Hacıbəylinin əsərləri səsləndirilmişdir.




