23.05.2025 ci il tarixində Gəncə Dövlət Universiteti PHŞ-in Təhsilin pedaqogikası və metodikasi kafedrasında növbəti təlim həyata kecirildi. Dos.(atestatsız) Ş.Binnətova təlimin məqsədini açıqlayaraq qeyd etdi ki, bu telim ali təhsilin təlim prosesində müəllimlərin düzgün qiymətləndirmə metodlarından istifsadəsinin əhəmiyyətinin nəzəri və praktik bilik və bacarıqların keyfiyyətdə rolu haqqında geniş məlumat verir. Təlimdə qiymətləndirmə üsullarının təhlili, çətinliklərin müəyyən olunması və qiymətləndirmədə təlim metodlarından istifadə bacarıqlarının inkişafı üçün effektiv strategiyaların qurulması mövzularına xüsusi diqqət yetirildi. İştirakçılar qiymətləndirmədə differensiallaşdırma və interaktiv təlim metodlarından istifadə yollarını öyrənir, real tədris situasiyalarında tətbiq imkanlarını təhlil edirlər.








