İnternet axtarış sistemlərindən istifadə haqqında təlim

Gəncə Dövlət Universitetinin PHŞ-in İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin  mühəndis proqramçı  Samir Piriyev tərəfindən 24 fevral 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının əməkdaşları üçün təlim keçirilmişdir. Təlimdə internetdə axtarış sistemlərindən istifadə bacarıqlarının təkmilləşdirilməsi, “Google Scholar”da hər bir müəllimin şəxsi profilinin olması və burada professor-müəllim heyətinin elmi əsərlərinin daha geniş əks olunması ilə

bağlı geniş diskussiyalar aparılmışdır.