Payız imtahan sessiyası

Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyası davam edir. Artıq yazılı imtahanlar yekunlaşıb. Bu gündən test imtahanlarına start verildi. Hər gün 3000 tələbə test imtahanında iştirak edir. İmtahanın şəffaf keçirilməsi üçün rəhbərlik tərəfindən bütün tədbirlər görülür. Tələbələr üçün rahat imtahan şəraiti yaradılıb. Universitetdə imtahan qərargahı və appelyasiya komissiyası yaradılıb.