“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli “Embraer 190” təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Fakültənin professor-müəllim heyəti öz kədərini bildirir. Qəzada həlak olanların yaxınlarına baş sağlığı verir, yaralananlara Allahdan şəfa diləyir.