Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin nəzdində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasının 12.01.2024-cü il tarixli iclasında (pr.№12) təsdiq edilmiş cədvələ əsasən kafedrada elmi seminarların keçirilməsi təmin olunur.“Azərbaycan bəstəkarlarının əsərlərində Məhsəti Gəncəvinin poeziyasının təcəssümü” mövzusunda keçirilən növbəti elmi seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.Seminarda giriş sözü ilə çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyeva son dövrdə Universitetdə elmi tədqiqat işlərinin müasir dövrün tələbləri səviyyəsində hazırlanması, mühüm elmi nəticələrin tədrisdə tətbiq edilməsi, elmin təhsilə inteqrasiyası, elmi seminarların aktual mövzularda keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirildiyini qeyd etdi. Daha sonra kafedranın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevinc Rüstəmova “Azərbaycan bəstəkarlarının əsərlərində Məhsəti Gəncəvinin poeziyasının təcəssümü” mövzusunda məruzə ilə çıxış etdi, seminar iştirakçılarının suallarını cavablandırdı.Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültə tələbələrindən ibarət “Ozan” folklor ansamblının ifasında musiqisi Sevda Qurbanəliyevanın, sözləri Məhsəti Gəncəvinin “Xərabat” ikisəsli xor əsəri dinləyicilər tərəfindən alqışlarla qarşılandı.